...

Zaqatalaya dolu düşüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 1 İyun 2017 19:59 (UTC +04:00)
Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.
Zaqatalaya dolu düşüb (FOTO/VİDEO)

Bakı. Trend:

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub. Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub: "1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidora, kartofa ciddi ziyan dəyib".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti