...

Nobel mükafatçısı Aziz Sancar UNEC-də

Cəmiyyət Materials 8 İyun 2017 18:05 (UTC +04:00)
Onun UNEC-in fəxri doktoru diplomu ilə təltif edilməsi mərasimi təşkil ediləcək.
Nobel mükafatçısı Aziz Sancar UNEC-də

Bakı. Trend:

İyunun 12-də saat 12:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas binasında (İstiqlaliyyət 6) Kimya üzrə Nobel Mükafatı Laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilmiş “Aziz Sancar: Bir Elm Fədaisinin Həyat Hekayəsi” adlı konfrans keçiriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, konfrans çərçivəsində böyük alimin həyat və yaradıcılığına nəzər salınacaq, Azərbaycan dilində nəşr edilən “Aziz Sancarın Nobel Bioqrafiyası” adlı kitabın təqdimatı keçiriləcək, Aziz Sancarın Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqi dinləniləcək və onun UNEC-in fəxri doktoru diplomu ilə təltif edilməsi mərasimi təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti