...

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Cəmiyyət Materials 12 İyun 2017 11:46 (UTC +04:00)
Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu yenilik nəqliyyat sisteminin texniki və texnoloji inkişafının vacib istiqamətlərindəndir.

M.Ağayev qeyd edib ki, bu layihənin icra müddəti barədə danışmaq hələ tezdir.

Şöbə müdiri bu sahədə başqa yeniliklərin də olduğunu deyib. “BakıKart”ın onlayn yüklənməsi də yeniliklər arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti