Bakı. Trend:
Sabah Ramazan ayının 18-ci günüdür.
Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:08-də, iftar isə saat 20:28-dədir.
Ramazan ayının 18-ci gününün duası:
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".
Allah orucunuzu qəbul etsin!