...

BMqT: Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir

Cəmiyyət Materials 19 İyun 2017 10:53
Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir.
BMqT: Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın miqrasiya idarəçiliyi sistemi başqa ölkələr tərəfindən öyrənilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın təyinat ölkəsinə çevrilməsi nəticəsində ölkəyə gələnlərin və ölkənin ərazisində müəyyən vaxt qalanların, ölkə ərazisindən keçənlərin artması səbəbindən Azərbaycan hökuməti də miqrasiya sahəsində gördüyü tədbirləri mütəmadi olaraq, təkmilləşdirir. BMqT bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə daim əməkdaşlıq edir:

"Ölkənin miqrasiya və səhiyyə sahəsində üzləşə biləcəyi çətinliklər ola biləcəksə, onların əvvəlcədən müəyyən edilməsi və qarşısının alınacağı istiqamətində çalışırıq. Miqrasiya Məcəlləsində bu sahə üzrə məsələlər tam olaraq, öz əksini tapıb".

Azərbaycanda miqrasiya sahəsi üzrə qanunvericiliyin mütəmadi olaraq, təkmilləşdiyini deyən S.Aktopark bildirib ki, çox böyük siyasi iradə nəticəsində ölkənin sərhədlərindən gəlib-keçmə məsələləri ilə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görürlər. Azərbaycan hökuməti ölkənin miqrasiya idarəçiliyi üzrə milli modelinin inkişaf etdirilməsi üçün çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti