...

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

Cəmiyyət Materials 20 İyun 2017 00:35 (UTC +04:00)
Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb
AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmağa qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti