...

"Uşaqlar üçün laboratoriya" çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2017 18:41 (UTC +04:00)
İyulun 8-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
"Uşaqlar üçün laboratoriya" çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 8-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, iyul təlimi suyun həyatımızdakı rolu, onun planetimiz üçün əhəmiyyətinə həsr olunub.

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün vacibliyindən bəhs edilib. “Kiçik ekoloqlar” həmçinin, suyun qorunması və ona qənaət edilməsi, su hövzələrinin təmiz saxlanması və çirkləndirilməməsi yolları ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik yarışmalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak etmiş, təlimçilərin köməyilə öz su aləmlərini yaratmağı öyrəniblər. Daha sonra “eko laboratoriya”nın iştirakçılarını tullantıların idarə edilməsi istiqamətində maarifləndirmək məqsədilə onlara istifadə edilmiş materiallardan eko-çantalar hazırlamaq izah edilib.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan İyul laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələrinə yardım edib, ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti