...

Jurnalistlər üçün aksiya - Bu dəfə gözlərini müayinə etdirə bilərlər

Cəmiyyət Materials 17 İyul 2017 11:33 (UTC +04:00)
Bakıda media nümayəndələri üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçiriləcək.
Jurnalistlər üçün aksiya - Bu dəfə gözlərini müayinə etdirə bilərlər

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakıda media nümayəndələri üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Mərkəzin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər.

Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 09:00-dan 16:00-dək mərkəzə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti