...

Danimarka idmançısı: Azərbaycan beynəlxalq yarışları heç bir problem yaşanmadan təşkil edir (FOTO)

Cəmiyyət Materials 28 İyul 2017 14:04 (UTC +04:00)
Azərbaycan beynəlxalq yarışları heç bir problem yaşanmadan təşkil edir və iştirakçılar üçün hər cür şərait yaradır
Danimarka idmançısı: Azərbaycan beynəlxalq yarışları heç bir problem yaşanmadan təşkil edir (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan beynəlxalq yarışları heç bir problem yaşanmadan təşkil edir və iştirakçılar üçün hər cür şərait yaradır. Bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatında iştirak edən Danimarka komandasının təmsilçisi Linda Andeşon deyib.

L.Andeşon bildirib ki, Bakı 2015 birinci Avropa Oyunlarında da Azərbaycana gəlib: “İlk dəfə Azərbaycana Avropa Oyunları zamanı gəlmişdim. Avropa Oyunları da çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu yarışma da lazımi qaydada təşkil olunub”.

L.Andeşon Azərbaycanı çox bəyəndiyini deyib. O qeyd edib ki, Bakı gözəl şəhərdir, insanları çox mehribandır.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Azərbaycanın 7 idmançısı qrup yarışlarında mübarizəyə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti