...

"MTN" işi üzrə 56 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

Cəmiyyət Materials 31 İyul 2017 17:22 (UTC +04:00)
56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.
"MTN" işi üzrə 56 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

Bakı. Trend:

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti