...

DİM qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi

Cəmiyyət Materials 1 Avqust 2017 10:15 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərinə müraciət edib.
DİM qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərinə müraciət edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Xəbər lenti

Xəbər lenti