...

Bu ilki qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb

Cəmiyyət Materials 3 Avqust 2017 12:18 (UTC +04:00)
Azərbaycanda 2017-2018-ci tədris ili üçün ali məktəblərə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb.
Bu ilki qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2017-2018-ci tədris ili üçün ali məktəblərə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb.

akı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 5 nəfər məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.

Həmin şəxslər Bakı şəhərindəki Etibar Əliyev adına 162 nömrəli məktəbin məzunu Əsədzadə Mahirə Məhəbbət qızı, 220 nömrəli məktəb-liseyin məzunu Əliyeva Xalidə Vüqar qızı, 278 nömrəli tam orta məktəbin məzunu Əhmədova Pərvin Mətləb qızı, 111 nömrəli tam orta məktəbin məzunu Hüseynova İlhamə Ramil qızı, 287 nömrəli “Zəkalar” liseyinin məzunu Yusifov Nemət Kamran oğludur.

Xəbər lenti

Xəbər lenti