...

Barselonada xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Cəmiyyət Materials 18 Avqust 2017 00:14 (UTC +04:00)
Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır
Barselonada xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Bakı. Trend:

Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti