...

Bakıda məktəbli yarmarkaları açılır (ÖZƏL)

Cəmiyyət Materials 18 Avqust 2017 20:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb. Bu barədə Trend-ə qurumun mətbuat katibi Əlabbas Bağırov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.

Xəbər lenti

Xəbər lenti