...

Ədliyyə Nazirliyi: Lapşinin ekstradisiyası üçün müraciət daxil olmayıb (ÖZƏL)

Cəmiyyət Materials 31 Avqust 2017 16:26 (UTC +04:00)
Həbsdə olan bloger Aleksandr Lapşinin öz ölkəsində ekstradisiyası üçün Azərbaycan tərəfə müraciət edilməyib.
Ədliyyə Nazirliyi: Lapşinin ekstradisiyası üçün müraciət daxil olmayıb (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Həbsdə olan bloger Aleksandr Lapşinin öz ölkəsinə ekstradisiyası üçün Azərbaycan tərəfə müraciət edilməyib. Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, A.Lapşinin ekstradisiya edilməsi ilə bağlı heç bir ölkə və səfirlikdən Azərbaycan Ədliyyə Nazirliyinə müraciət daxil olmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən A.Lapşin apellyasiya şikayəti verməyib. Təqsirləndirilən şəxs cəzasını öz ölkəsində çəkmək üçün İsrailin Azərbaycandakı Səfirliyinə müraciət etmişdi.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi - Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti