...

Bakıda bayram günlərində təcili yardıma gündəlik təqribən 2000 çağırış daxil olub

Cəmiyyət Materials 5 Sentyabr 2017 18:08 (UTC +04:00)
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış olub.
Bakıda bayram günlərində təcili yardıma gündəlik təqribən 2000 çağırış daxil olub

Bakı. Samir Əli - Trend:

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: "Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti