Bakı. İlhamə İsabalayeva – Trend:
“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğınla əlaqədar 10 nəfərə hadisə yerində yardım göstərilib.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, tüstüdən boğulan 10 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Həmin şəxslərin 1-i qadın, 9-u kişi olub.
Qeyd edək ki, Bakıda "Gazelli" kosmetika zavodunda bu gün güclü yanğın baş verib. Yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib. 1 saatdan çox davam edən yanğın söndürülüb.