...

Azərbaycanda motosiklet qəzaları: 9 ölü, 21 yaralı

Cəmiyyət Materials 21 Sentyabr 2017 08:00 (UTC +04:00)
Bu ilin 8 ayı ərzində Azərbaycanda 27 motosiklet qəzası baş verib.
Azərbaycanda motosiklet qəzaları: 9 ölü, 21 yaralı

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin 8 ayı ərzində Azərbaycanda 27 motosiklet qəzası baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb.

O qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir:

8 ayda velosiped qəzalarında 11 nəfər ölüb

8 ayda velosiped qəzalarında 11 nəfər ölüb

“Motosikleti dəbilqə taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə daha çox əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti