...

Azərbaycanda yeni internet-radio platforması işə salınacaq

Cəmiyyət Materials 18 Oktyabr 2017 14:15 (UTC +04:00)
Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun “Myvideo” internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir
Azərbaycanda yeni internet-radio platforması işə salınacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun “Myvideo” internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir.

Bunu Trend-ə “Myvideo” layihəsinin rəhbəri Əli Əliyev deyib.

Onun sözlərinə görə, hazırda platformanın təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

“Myvideo” radioyayım platformasında bütün yerli radiokanallar, eləcə də beynəlxalq populyar platformalar yer alacaq.

Bundan başqa, “Myvideo” media-platformasındakı daha bir yenilik monitorinq sistemi olacaq. Bu sistem vasitəsiə telekanallar hansı verilişlərin və layihələrin daha populyar olduğunu müəyyən edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti