...

Muğanlı-İsmayıllı yolu yenidən qurulur - Sürüşmə yerlərində bərkitmə işləri aparılır (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2017 14:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir.

Dağdan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Hazırda payız-qış mövsümünə hazırlıq məqsədi ilə görülən işlər davam etdirilir. Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.

Muğanlı-İsmayıllı avtomobil yolunda görülən işlərə “Azəravtoyol” ASC-nin “9 №-li Yol İstismarı” MMC tərəfindən lazımi sayda canlı qüvvə və 10-dan artıq maşın-mexanizm cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti