Ahılların sosial müdafiəsinin təmin olunması sosial siyasətin mühüm tərkib hissəsidir (FOTO)

Ahılların sosial müdafiəsinin təmin olunması sosial siyasətin mühüm tərkib hissəsidir (FOTO)

Bakı. Trend:

Ahılların sosial müdafiəsi və layiqli həyat şəraitinin təmin olunması ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir.

1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür. BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi müvafiq Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-nin Beynəlxalq Ahıllar günü kimi qeyd olunması cəmiyyətdə ahılların problemlərinin həllinə diqqət və qayğının artırılması məqsədi daşıyır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət və qayğısı 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar gününün yüksək səviyyədə qeyd olunmasına və bu təbəqədən olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması yönündə fəal dövlət siyasətinin formalaşmasına səbəb olub. Yaşlı nəslə münasibətdə milli və ümumbəşəri dəyərləri ifadə edən bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ahıl insanlara dövlət qayğısının da ildən-ilə artırılması ilə müşahidə olunur.

Qeyd edək ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2017-ci ilə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir. Ötən dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, 2006-cı ildə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər əsasında aparılan işlər, icra olunan mühüm sosial proqramlar ahıl vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin olunmasına imkan verib.

Pensiya təminatı ahıl insanların sosial müdafiəsində xüsusi yer tutur. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır. Onlardan 201 838 nəfəri qadın, 127 437 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9 728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır. Müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar, həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği son 10 ildə 10,3 dəfədən çox, cari ilin ilk yarımilində isə 6,4% artıb. Beləliklə, 2017-ci ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Həmçinin son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.

Ahıl vətəndaşların bir qismini təşkil edən 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına ödənilən orta aylıq pensiya məbləği isə 356 manat təşkil edir. Aylıq əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə 2008-ci ilin 01 sentyabrından digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə də Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir. Həmin təqaüdlərin məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb və I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər də Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edilirlər.

Hər il olduğu kimi, cari ildə də 9 May – Qələbə günü ərəfəsində də İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 312 nəfər şəxsə, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, Sərəncamda qeyd olunan digər təbəqələrə aid 12 549 nəfərin hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmin yardımların məbləği də vaxtaşırı olaraq artırılır. Bu istiqamətdə növbəti addım olaraq, ötən ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılmaqla, müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Həmin şəxslərə Qələbə günü ilə əlaqədar MDB məkanında ən yüksək məbləğdə birdəfəlik yardım məhz Azərbaycanda verilir. Digər tərəfdən, ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfərə dövlət büdcəsi hesabına mənzil, 1118 nəfərə minik avtomobili verilib.

Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi, 201 nəfər insanın, o cümlədən 137 nəfər ahıl şəxsin yaşadığı Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin olunub. Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Yeni korpusda yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev burada yaşayan ahıllarla görüşündə “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir”, deyə bəyan edib. Ahıllara diqqət və qayğının artırılması sahəsində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Fondun nəcib layihələri çərçivəsində pansionatdakı qocaların səhiyyə ocaqlarında müayinə edilməsi, onlar üçün konsertlərin, bayram şənliklərinin keçirilməsi və s. tədbirlər təşkil olunur. Bu kimi tədbirlər ahıllara fərəhli anlar bəxş edərək, onlarda nikbin duyğular oyadır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. Həmin insanların 8 857 nəfər ahıl şəxslərdir. Sosial işçilər onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınması və s. işlərdə köməklik göstərirlər.

Qeyd olunanlar bu gün Azərbaycanda ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması üçün məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini bir daha təsdiq edir.

Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Suriyadan Qarabağa erməni silahlıları gətirilib
Suriyadan Qarabağa erməni silahlıları gətirilib
Loading Bars
Xəbər lenti
Bakıda mənzildən iki qadın meyiti tapılıb
İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir
Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb
Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib (FOTO)
“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb (FOTO)
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir: Saxta paylaşımlarla Türkiyə-Azərbaycan əlaqələrinə "çamur atılır" (FOTOFAKT)
Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı
Azərbaycan nefti bahalaşıb
DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb
Ombudsmanın Milli Preventiv Qrupu Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib
PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
HHQ-nin təlim-döyüş uçuşları keçirilir (FOTO/VİDEO)
Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədr müavini ilə görüşüb (FOTO)
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir
Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub (FOTO)
Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb (FOTO)
ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycanda ilk borc fondu təsis edilib
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik
Dövlət Turizm Agentliyinin və AQTA-nın səlahiyyətləri artırılıb
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək - DİM sədrindən AÇIQLAMA
Sentyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb (FOTO)
Pərvin Kərimzadə: Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı
İqtisad Universitetinin bir qrup əməkdaşı fəxri ad və ordenlərlə təltif edildi
Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
İqtisad Universitetinin professoru Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)
Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı
Ceyhun Bayramov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb (FOTO)
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb (FOTO/VİDEO)
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi (FOTO)
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)
Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)
Bu gün 19 şagirddə koronavirus aşkarlanıb
“Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Azərbaycanda Elektron Su Portalı istifadəyə verilib (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib
Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
Səhiyyə Nazirliyinin şöbə müdiri pandemiya dövründə təhsil müəssisələrindəki vəziyyətdən danışıb
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb (FOTO)
Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib (FOTO/VİDEO)
Mikayıl Cabbarov: “AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq (FOTO)
LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb
Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanda İLK olan layihənin icrasına harda başlanılıb? (FOTO)
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
Silk Way Group MAA ilə birlikdə təyyarələrin istismarı üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir
Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb
Bakının mərkəzində böyük ilan peyda oldu (FOTO/VİDEO)
Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salınıb
Ermənistanın BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına veto qoyulmalıdır
“LUKOYL-Azərbaycan” açıq tender elan edir
Bu il Bakıda daha 14 yol kəsişməsində sarı torlar çəkiləcək
Sabah 29 dərəcəyədək isti olacaq
Suriyadan Qarabağa erməni silahlıları gətirilib
Mikayıl Cabbarov Daşkəsən rayonuna gedib
Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb - Sərəncam
Zalkaliani: BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir
Deputat: Paşinyanın komandası Soros və digər təşkilatların nümayəndələrindən ibarətdir
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşüb (FOTO)
Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO)
Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
Xətai rayonunda 5 küçə təmir olunub (FOTO)
Turizm eksperti: Təyyarə biletlərinin qiymətində endirimlər müşahidə olunur
Bu il Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub
46 yaşında Bakı Ali Neft Məktəbini seçdi
Rusiyada daha 149 nəfər koronavirusun qurbanı olub
Bakıda sərnişin avtobusu qəzaya uğradı
Bu il fermerlərə 51 milyon manatdan çox kredit ayrılıb
Naxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər