...

Təhsil Nazirliyi: Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə... (ÖZƏL)

Cəmiyyət Materials 4 Oktyabr 2017 20:46 (UTC +04:00)
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması olarsa TN-in "146" nömrəsinə zəng vurun.
Təhsil Nazirliyi: Müəllimlər Günü ilə əlaqədar  pul yığılması hallarına rast gəlinərsə... (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

Bu barədə özəl olaraq Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti