...

İdarə müdiri: Bu il 30-a yaxın məktəbə yeni direktor təyin olunub

Cəmiyyət Materials 6 Oktyabr 2017 12:15 (UTC +04:00)
Bundan sonra da məktəblərin idarə olunması məsələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqət mərkəzində olacaq.
İdarə müdiri: Bu il 30-a yaxın məktəbə yeni direktor təyin olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərlərinin əmək müqavilələri yaş həddinə çatma, fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozma ilə əlaqədar ləğv edilib.

Xəbər lenti

Xəbər lenti