...

Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına dair təlim keçirilir (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2017 14:10 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına dair təhqiqatın aparılması üzrə təlim keçirir.
Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına dair təlim keçirilir (FOTO)

Bakı. Trend:

9-13 oktyabr tarixlərində ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Dövlət Gömrük Komitəsinin (DGK) 12 nəfər müstəntiqi, həmçinin beş hakim və beş prokuror üçün Yayılmanın Qarşısının Alınması Təhqiqatı üzrə təlim keçirir.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Məlumatda qeyd olunur: "EXBS proqramı Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlığa malikdir. Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə ortaq məqsəd güdürük. Bu təlim ölkələrimizin bu səylərə uzunmüddətli sadiqliyini göstərir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və 26,3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və yardım göstərmişdir. Bu kursu Daxili Təhlükəsizlik və Ədliyyə Nazirlikləri, Energetika Nazirliyi, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası və Ukraynanın Nüvə Təhqiqatları üzrə İxracata Nəzarət Administrasiyasının nümayəndələri keçirirlər".

Daha sonra qeyd olunur ki, bu kursda diqqət KQS-nin yayılmasının qarşısının alınmasına dair istintaqın və təqibin aparılmasına yönəldilib.

Kursda müzakirə olunan bəzi mövzular: KQS-nin yayılma yolları, istintaqın aparılması metodları, prokurorluğun üzləşdiyi problemlər, istintaq işlərinin təhlili, kütləvi qırğın silahları barədə məlumatlandırma və beynəlxalq yardımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti