Bakı. Maksim Tsurkov - Trend:
Sürət qatarlarında Bakı-Gəncə yolu üzrə gediş haqqı açıqlanıb.
Trend-in məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov sürət qatarlarında Bakı-Gəncə üzrə gediş haqqının ilkin qiymətləndirməyə əsasən 10-14 dollar olacağını bildirib:
"Yəni biletin qiyməti 20 manatdan çox olmayacaq".
Onun sözlərinə görə, qatarların hərəkəti gələn ilə planlaşdırılır.