...

Türkoloq alim Gənclər Klubunun üzvləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2017 18:19 (UTC +04:00)
Türkoloq alim “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri ilə görüşüb.
Türkoloq alim Gənclər Klubunun üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində filologiya üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısı Güllü Yoloğlu Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri və kollec tələbələri ilə görüşüb.

Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva açaraq, Gənclər Klubu haqqında məlumat verib, gənc tarixçilərin mühazirə və elmi seminarlarda, müzakirələr və elmi turlarda fəal iştirakı barədə danışıb.

G.Yoloğlu Kollecin müəllim və tələbə kollektivinə “Türk xalqlarının dini görüşləri” mövzusunda mühazirə söyləyib. Türkoloq alim Sibirdən Balkanlaradək olan çoxsaylı səfərlərindən əldə etdiyi faktiki materiallara əsaslanaraq, bildirib ki, türk xalqları ayrı-ayrı dinlərə və təriqətlərə ayrılsalar da, onları qədim tarixdən və zəngin mədəniyyətdən qaynaqlanan alt qat birləşdirir. G.Yoloğlunun sözlərinə görə, türklərin istər adət-ənənələrində, istər folkloru və inanclarında, istərsə də dünyagörüşündə bir sıra oxşarlıqlar, hətta eyniliklər var.

Türkoloq alim bildirib ki, xalqlar arasında münasibətlərin mədəniyyətlərarası dialoq şəklində qurulması, onların qarşılıqlı hörmət hörmət şəraitində yaşaması mədəni inkişafa, sülhə və əmin-amanlığa layiqincə xidmət edər.

Tədbirdə tələbələr alimə suallar ünvanlayıb və dolğun cavablar alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti