...

MDU-nun Bakı filialı "Təmiz Şəhər"in fəaliyyəti ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2017 10:07 (UTC +04:00)
M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının müəllim və tələbələri "Təmiz Şəhər" ASC-nin fəaliyyəti ilə tanış olublar.Dövlət Universitetinin (MDU) Bakı filialı “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub.
MDU-nun Bakı filialı "Təmiz Şəhər"in fəaliyyəti ilə tanış olub (FOTO)

Bakı. Trend:

M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının müəllim və tələbələri "Təmiz Şəhər" ASC-nin fəaliyyəti ilə tanış olublar.

ASC-dən Trend-ə verilən məlumata görə, qonaqlar üçün Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarına, həmçinin Balaxanı Sənaye Parkına və Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə turlar təşkil edilib.

Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır, xammal kimi Balaxanı Sənaye Parkına və digər təkrar emal müəssisələrinə göndərilir.

Balaxanı Sənaye Parkı ilə tanış olan qonaqlara ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib. Bildirilib ki, 7 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkına, əsasən təkrar emalla məşğul olan müəssisələr cəlb edilir. Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik (PET) butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınmış 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb və ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb.

Qonaqlar həmçinin, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə ekskursiya edən müəllim və tələbələrin diqqətinə çatdırılıb ki, muzey 2015-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Buradakı sənət əsərləri ötən 6 il ərzində Beynəlxalq “Tullantıdan sənətə” sərgisinə qatılan 36 ölkədən 140 əcnəbi və yerli rəssam tərəfindən tullantılardan yaradılıb. Bununla rəssamlar bir daha sübüt ediblər ki, tullantılara ikinci həyat verməklə ekoloji təmizliyi qoruyub maddi gəlir əldə etmək, eləcə də mənəvi zövq almaq mümkündür.

Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC daim maarifləndirici layihələr, aksiyalar keçirir. Bu istiqamətdə zavodlara mütəmadi turlar təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti