...

Çaylarda sululuq səviyyəsi ilə bağlı oktyabrın SON MONİTORİNQİ

Cəmiyyət Materials 31 Oktyabr 2017 21:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının son günlərində çaylarda sululuq səviyyəsi üzrə son monitorinqin nəticələrini açıqlayıb.
Çaylarda sululuq səviyyəsi ilə bağlı oktyabrın SON MONİTORİNQİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının son günlərində çaylarda sululuq səviyyəsi üzrə son monitorinqin nəticələrini açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumaat görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ayın son günü Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Son məlumata görə, məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Son məlumata görə, məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. 2016-cı ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 177 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın son günü Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 4 sm artım, Surrada 14, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 m (2016-cı il oktyabrın 30-da 542 sm), Şirvanda 263 sm, Salyanda 210 sm (2016-cı il oktyabrın 30-da 404 sm), Bankədə 195 sm (2016-cı il oktyabrın 30-da 282 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il oktyabrın 30-da 257 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti