...

Qaçan məhbus saxlanılarkən yaralanan şəxslə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Cəmiyyət Materials 2 Noyabr 2017 14:14 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.
Qaçan məhbus saxlanılarkən yaralanan şəxslə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri zamanı yaralanan şəxslə bağlı açıqlama verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Anar Əsgərov sol qolundan güllə yarası aldığından qolu sınıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.Əsgərovun müalicəsi üçün hazırda bütün zəruri tədbirlər görülür.

Şahmar Bəyəlizadənin sağlamlıq vəziyyəti normal olduğundan o, hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş E.Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən E.Məmmədov və İlqar Əzimov yaralanıblar və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti