...

SOCAR-dan qazma zamanı baş vermiş qəza ilə bağlı açıqlama: 2 yaralı xəstəxanadadır

Cəmiyyət Materials 3 Noyabr 2017 11:06 (UTC +04:00)
Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.
SOCAR-dan qazma zamanı baş vermiş qəza ilə bağlı açıqlama: 2 yaralı xəstəxanadadır

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) quyuda qazma zamanı baş vermiş qəza ilə bağlı məlumat yayıb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Neftçilərin vəziyyəti qənaətbəxşdir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti