...

ABŞ səfirliyi "WoWoman in Me" proqramını maliyyələşdirir (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2017 16:21 (UTC +04:00)
ABŞ səfirliyi "WoWoman in Me" proqramını maliyyələşdirir
ABŞ səfirliyi "WoWoman in Me" proqramını maliyyələşdirir (FOTO)

Bakı. Trend:

"WoWoman" Azərbaycan qadınların inkişaf platformasının ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirildiyi “WoWoman in Me” 6 həftəlik intensiv liderlik və mentorluq proqramının bağlanış konfransı baş tutub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, “WoWoman in Me” proqramının məqsədi xanımlara öz xəyallarını müəyyən etmək və onları həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdır. Bu proqram çərçivəsində "WoWoman" Azərbaycan platforması 50 xanıma liderlik keyfiyyətlərini öyrədib və onları fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüb.

Platformanın təsisçisi, Zara Hüseynova deyib: “Biz bu proqramı Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT) da daxil olmaqla, TED konfranslar, tədbirlər və təlimlərdə öyrədilən təcrübəyə əsaslanaraq təşkil etdik. Bu bizim bu günə qədər həyata keçirdiyimiz ən böyük layihəmizdir və iştirakçıların müsbət rəyləri bizi hədsiz ruhlandırır."

Tədbirin xüsusi qonağı Google şirkətinin rəsmisi Nina Levçuk cəmiyyətin inkişafında mentorluğun rolundan danışıb. Avropa İttifaqının ölkəmizdəki Birinci Müşaviri Denis Daniilidis isə stereotiplərdən azad olaraq, gələcəyi dəyişdirməyin mümkünlüyünü vurğulayıb. ABŞ səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə söbə müdiri Karolina Savec öz təcrübəsinə əsaslanaraq karyera qurmaqda kömək ola biləcək vasitələrdən, xüsusi ilə çevrənin formalaşmasından danışıb. Panel müzakirələri “Qadınların inkişafında qeyri-formal təhsilin rolu” və “Qadın sahibkarların biznes dünyasında əhəmiyyəti” mövzularının əhatə edib.

Tədbirdə daha sonra WoWoman qadınların inkişaf platformasının 2018-ci il üçün planları açıqlanıb, məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda keçirmək istədikləri təlimlər haqqında məlumat verilib. Qeyd edək ki, Gəncə şəhərində də bir neçə proqram həyata keçirən platforma, regionlarla bağlı fəaliyyətini artırmaq və daha geniş qadın kütləsinə dəstək olmaq üçün çalışır. Bunun üçün Bakıda offllayn keçirilən tədbirlədən əlavə, "WoWoman Azerbaijan" Facebook qrupu üzərindən çox-istiqamətli fəaliyyət davam etdirilir.

"WoWoman" platforması Azərbaycanda 2.5 il öncə yarandı və genişlənərək 50+ qadını birləşdirən komandaya çevrilib. Bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim, seminarlar təşkil olunub, İT və sahibkarlıq da daxil olmaqla 25 proqram, yoqa və psixologiya kursları həyata keçirilib. WoWoman hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla bir neçə xarici ölkədə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti