...

Tünzalə Ağayeva: Artıq sərfəli alış-veriş üçün xarici festivallara qatılmağa ehtiyac qalmadı

Cəmiyyət Materials 6 Noyabr 2017 16:48 (UTC +04:00)
Bakı Şopinq Festivalı insanlara daha çox və daha sərfəli qiymətə alış-veriş etmək imkanı verən bir fürsətdir.
Tünzalə Ağayeva: Artıq sərfəli alış-veriş üçün xarici festivallara qatılmağa ehtiyac qalmadı

Bakı. Trend:

Bakı Şopinq Festivalı insanlara daha çox və daha sərfəli qiymətə alış-veriş etmək imkanı verən bir fürsətdir.

Trend-in məlumatına görə, bunu www.bakushopfest.com saytına açıqlamasında populyar müğənni Tünzalə Ağayeva deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan vətəndaşları sərfəli alış-veriş üçün müxtəlif xarici ölkələrdəki şopinq festivallara qatılırdılar: “Çox müsbət haldır ki, ölkəmiz şopinq festival kimi böyük bir işə imza atıb. İndi artıq başqa ölkələrə üz tutmaq məcburiyyətində qalmırıq, Bakıda da bu cür festival keçirilir. Alış-verişi sevən bir xanım kimi, hər zaman yenilik və kreativlik axtarışında olan artist kimi mənim üçün də bu festival əsl fürsətdir. Məsələn, Azərbaycan yeganə ölkədir ki, turistlərlə yanaşı, öz vətəndaşlarına da “Tax Free” imkanı təqdim edir. Bu, həqiqətən də bizi sevindirir”.

T.Ağayeva hesab edir ki, festival fürsəti yalnız alış-verişdə deyil, qida sektorunda, mədəniyyət sahəsində də hiss olunmalıdır. Belə olduğu təqdirdə, həm festival daha maraqlı keçir, həm də ölkəyə daha çox turist cəlb etmək mümkündür: “Festival çərçivəsində konsertlər, mədəniyyətlə bağlı tədbirlər olur. Bizim festivallarda da bu cür konsertlərin, tədbirlərin, tamaşaların olması da bir aktivlik, bayram ab-havası yaradır. Festival da məhz elə budur. Hər mənada yaşam tonusu və yaşam tərzi bir az da dinamikləşir və rəngarəng olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti