...

Nazir müavini: Dövlət rəmzləri tədris materiallarında geniş əks olunur

Cəmiyyət Materials 7 Noyabr 2017 11:29 (UTC +04:00)
Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş şəkildə öz əksini tapır.
Nazir müavini: Dövlət rəmzləri tədris materiallarında geniş əks olunur

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş şəkildə öz əksini tapır.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O qeyd edib ki, "Həyat bilgisi", "Tarix" və "Ədəbiyyat" dərsliklərində dövlət rəmzləri ilə bağlı geniş məlumatlar verilir.

Nazir müavini əlavə edib ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir: "Biz istəyirik ki, gənclər vətənpərvər ruhda tərbiyə olunsunlar. Bayrağımız dalğalananda onlar bunu qəlbləri ilə hiss etsinlər. Biz bunun üçün birgə çalışmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti