...

"Azərişıq" jurnalistlər üçün təlim keçəcək

Cəmiyyət Materials 8 Noyabr 2017 11:17 (UTC +04:00)
“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək.
"Azərişıq" jurnalistlər üçün təlim keçəcək

Bakı. Trend:

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək.

ASC-dən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

Təlimlər Tədris Mərkəzində Səhmdar Cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaq. Noyabr ayının 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılar sertifikatla təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərmələri xahiş olunur.

Müraciətlərinizi noyabrın 12-dək [email protected] ünvanına göndərə bilərsiniz. Seçilən iştirakçılar noyabr ayının 14-də məlumatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti