...

Bələdçilərin nəzərinə

Cəmiyyət Materials 22 Noyabr 2017 11:37 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (AzTA) bələdçilər üçün təlim təşkil edir.
Bələdçilərin nəzərinə

Bakı. Trend:

Azərbaycan Turizm Assosiasiyası (AzTA) bələdçilər üçün təlim təşkil edir.

AzTA-dan Trend-ə verilən məlumata görə, təlim 2018-ci il yanvarın 15-dən başlayacaq və 3 ay davam edəcək.

Bildirilir ki, dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Təlimdə iştirak üçün müraciətlər dekabrın 20-nə kimi qəbul olunur. İştirak haqqı 350 AZN təşkil edir. Yerlər məhduddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti