Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda informasiya ombudsmanının yaradılması təklif olunur.
Trend-in məlumatına görə, bu təkliflə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.
Millət vəkili qeyd edib: “Bizdə informasiya ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkbində fəaliyyət göstərilir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram: niyə ştat ayrılmır?"
Ə.Amaşovun fikrincə, informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir.