...

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Cəmiyyət Materials 22 Noyabr 2017 20:45
2018-ci ildə Azərbaycanda canlı balıqların bir sıra növləri gömrük idxal rüsumundan azad ediləcək.
Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Trend-i buradan izləyin

Bakı. Trend:

2018-ci ildə Azərbaycanda canlı balıqların bir sıra növləri gömrük idxal rüsumundan azad ediləcək.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarda əksini tapıb.

Gömrük idxal rüsumundan forel, karp, tuna və digər balıq növləri azad ediləcək. Hazırda canlı balıqlara 0,5 faiz dəyərində gömrük idxal rüsumu tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti