4046 uşağa sosial xidmət göstərilir (FOTO)

4046 uşağa sosial xidmət göstərilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Bakının Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikasının Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaradılmış şəraitlə yaxından tanış olublar.

S.Müslümov konfransı giriş sözü ilə açaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, sosial müdafiə sisteminin səmərəliliyinin və əhatəliliyinin artırılmasına yönələn islahatlar sosial xidmətlər sisteminin də sosial məsələlərin həllində rolunun artırılmasına şərait yaradıb: “Artıq ölkəmizdə hansı şəxslər ki, çətin həyat şəraitində yaşayırlar, onların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin həllində dövlət dəstəyini nəzərdə tutan geniş əhatəliliyə malik sosial xidmətlər sistemi formalaşıb. Həmin şəxslərin sırasına xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud, yaxud valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar daxildir. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, məişət zorakılığından zərər çəkənlər, müəyyən yaşayış yeri olmayanlar, insan alveri qurbanları və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalardan olanlar sosial xidmət sistemi ilə əhatə olunublar”.

Nazir hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərildiyini bildirib: “Eyni zamanda, dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri və müəyyən etdiyi istiqamətlər üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri icra olunur. 2013-cü ildə 30 belə layihə həyata keçirilibsə, bu layihələrin sayı ildən-ilə çoxalaraq cari ildə 70-i ötüb. Onlardan 67 layihə sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı olmaqla, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, onların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib. Bu məqsədlə layihələr çərçivəsində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb, habelə autizm və daun sindromlu, yaxud eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara və digər kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Layihələr üzrə sosial xidmət göstərilən uşaqların sayı da 2017-ci ildə əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 4046 nəfər təşkil edib”.

S.Müslümov diqqətə çatdırıb ki, qeyd olunan üç istiqamət üzrə (yəni evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində) ümumilikdə 16,3 min nəfərdən çox insana sosial xidmətlər göstərilir: “Bunlarla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Sağlamlıq imkanları məhdud gənclər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün hazırda 206 nəfər belə şəxsin mənzillə təmin edildiyi “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün 25 yerlik Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi də artıq fəaliyyətə başlayıblar. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin akkreditasiya olunmuş 10 qeyri-dövlət yardım mərkəzi məişət zorakılığından zərər çəkmiş şəxsləri sosial xidmətlərlə təmin edirlər. Bütün bunlar Azərbaycanda sosial xidmətlər sisteminin əhatə dairəsini əhəmiyyətli şəkildə genişləndirib”.

Nazir vurğulayıb ki, “Sosial xidmət haqqında” Qanundan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, ratifikasiya olunmuş müvafiq beynəlxalq konvensiyalardan irəli gələn müddəalar sosial xidmətlərin mütərəqqi dünya praktikasına uyğun təkmilləşdirilməsini əsas vəzifələrdən biri kimi müəyyən edir. Bununla əlaqədar 2018-2022-ci illəri əhatə edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafı Konsepsiyası” da hazırlanıb: “Ümumilikdə, sosial xidmətlər sahəsində aparılan islahatlar bu xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, ünvanlığının və əlçatanlığının, beynəlxalq standartlara uyğunluğunun təmin olunması, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi, sosial işçi heyətinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, sosial xidmətlər üzrə innovativ texnologiyalar üzərində vahid məlumat bazasının yaradılması və s. kimi hədəflərə yönəlib. Ölkənin bölgələrində sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, habelə sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işlərinin bu əsasda genişləndirilməsi də əsas məqsədlərdəndir”.

S.Müslümov hazırda Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində Avstriyanın müvafiq qurumu ilə əməkdaşlıqda icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi üzrə aparılan işlərin önəmini qeyd edib, layihə çərçivəsində ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında yeni sosial xidmət modelinin tətbiqinə hazırlıq işlərinin də aparıldığını diqqətə çatdırıb: “Bu yeni model müvafiq şəxslərə ilkin sosial xidmətlər göstərilməklə bərabər, həmin insanların problemlərinin həlli istiqamətində dəqiq yanaşma və qərar qəbul edilməsi prinsipi əsasında səmərəli və əhatəli sosial xidmətlər mexanizminin qurulmasını nəzərdə tutur”. Nazir hazırda keçirilən konfransın sosial xidmət sahəsində aparılan işləri və islahatlar proqramını müzakirə etmək məqsədinə xidmət etdiyini bildirib.

H.Rəcəbli son illərdə ölkəmizdə yeni yaradılan sosial xidmət müəssisələrinin bu sahədə dövlət siyasətinin güclənməsindən xəbər verdiyini qeyd edib. Komitə sədri aparılan islahatların sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına, çətin həyat şəraitində olan şəxslərin sosial problemlərinin həllində sosial xidmətlərin rolunun əhəmiyyətli şəkildə artmasına imkan verəcəyini bildirib.

K.Yankauskas Aİ ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin sosial müdafiə sahəsini də əhatə etməsindən məmnunluğunu ifadə edib. O, Aİ-nin Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsinin sosial xidmətlərlə bağlı Avropanın qabaqcıl təcrübəsinin öyrənilməsinə şərait yaratdığını diqqətə çatdırıb. E.Karvardin Azərbaycanda sosial xidmətlər sisteminin mühüm bir istiqamətinin uşaqlara yönəlməsinin, müvafiq təbəqələrdən olan uşaqların və ailələrin sosial xidmətlərə əlçatanlığının təmin olunmasının, beləliklə, həmin uşaqların reabilitasiya imkanlarının artırılmasının UNİCEF tərəfindən rəğbətlə qarşılandığını qeyd edib, təşkilatın bu sahədə ölkəmizdə aparılan işlərə həmişə dəstək vermək əzmində olduğunu vurğulayıb.

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. İ.Rəhimov sosial xidmət müəssisələrində stasionar şəraitdə göstərilən sosial xidmətlər, sosial xidmət sahəsində fəaliyyətin qabaqcıl Avropa standartlarına uyğun qurulması, sosial işçi modelinin tətbiqi, müvafiq sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyəsinin artırılması yönündə aparılan işlər və s. barədə ətraflı məlumat verib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova, UNİCEF-in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin müdiri Vüqar Salmanov, “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyinin sədri Validə Abbasova, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Universitetinin Sosial iş fakültəsinin dekanı Aygün Musayeva mövzu ilə bağlı çıxışlar ediblər.

Konfrans sualların cavablandırılması və müzakirələrlə davam edib.

Bakcell neftçiləri təbrik etdi
Bakcell neftçiləri təbrik etdi
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Loading Bars
Xəbər lenti
Ərzaq mağazasında soyğunçuluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim! (VİDEO)
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri
Qida Təhlükəsizliyi İnformasiya Sisteminin yeni modulları istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Prokurorluq bacısını öldürən şəxslə bağlı məlumat yaydı
Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək
Şəkidə yeni qədim abidə aşkar edilib (FOTO)
Bakıda bacısını öldürən şəxs polisə təslim olub
Ermənistan atəşkəsi 30 dəfə pozub
Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir
Sahil Kərimli: Müstəqilliyi, təhlükəsizliyi və rifahı təmin edən yeni neft-qaz strategiyası
Deputatlar bu gün onlayn iclas keçirəcək
Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Hindistanda yaşayış evi uçub, ölənlər var
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb
Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)
Qırğızıstanda sutkada daha 81 nəfər koronavirusa yoluxub
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Neftçilər prospektində baş verən qəza tıxaca səbəb olub
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Bütün xəbərlər