...

Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2017 19:39
Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub.
Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində səfir Azər Xudiyev, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və şəhərin ictimai fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

“Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub”, - deyən baş həkim belə bir mərkəzin açılması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, deputat Fəxrəddin Muxtarova, xeyriyyəçi Könül İbrahimovaya təşəkkürünü bildirib.

Səfir deyib ki, Ukraynanın İrpen şəhərindən sonra ikinci böyük şəhəri olan Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir: “Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü humanist siyasətin nəticəsidir".

“Bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edəcək”, - deyən Lvov şəhər səhiyyə şöbəsinin müdir müavini Natali Litvinskaya çıxışında bu nəcib işdə göstərdikləri dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Lvov vilayətində qeydə alınan xəstəliyin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti