...

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Cəmiyyət Materials 30 Noyabr 2017 15:27 (UTC +04:00)
Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

“Yazı işini yoxlayan insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru buna təsir etməsin”.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanlardakı yazı işlərinin yoxlanılması prosesinə insan faktoru iki formada təsir göstərə bilər: “Birincisi, insan şüurlu şəkildə hansısa uşağa üstünlük verər. İkinci təsir odur ki, müəllim özü ədalətli olsa da, onun bilik və bacarığı düzgün qiymətləndirməyə imkan verməyə bilər. İki il müəllimlər yazı işlərinin yoxlanılması işinə cəlb olunanda belə təhlükə var idi. Buna görə də biz yazı işinin yoxlanılması zamanı müəllimə bu prosesə təsir göstərmək imkanı verməyən xüsusi proqram təminatı tətbiq etdik. Bu sistemlə də müəllim bilmir ki, kimin işini yoxlayır”.

M.Abbaszadə qeyd edib ki, imtahanlarda nəzərdə tutulan yeni növ tapşırıqlar kompüterlə yoxlanıla bilər.

DŞ-nın sədri əlavə edib ki, ənənəvi testlərin yoxlanılmasında heç bir insan amili iştirak etmir: “Biz 2 günə 30-50 min uşağın “Cavab kartlarını” oxuyaraq nəticələri internetlə elan edirik. İndi yeni növ tədris proqramlarında nəzərdə tutulan tapşırıqlar kompüterlə yoxlanıla bilər. “Süni intellekt” yarandıqdan və geniş tətbiq olunduqdan sonra bu, mümkün olacaq. Amma bu sistem ilk olaraq, ingilis dili üzrə, daha sonra digər dillərdə tətbiq edilə biləcək. Bu isə bizdən asılı olmayan prosesdir".
.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti