Nazir: Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyib (FOTO)

Nazir: Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti Nuran Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı Regional Ofisinin baş mütəxəssisi Maykl Nyuson və ayrı-ayrı hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə olunan mühüm makroiqtisadi nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda əmək bazarında da inkişaf meyllərinin olduğunu vurğulayıb: “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaradıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir. Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün ölkəmizə səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Korşinin mətbuata bəyanatında da bildirilir ki, Azərbaycanda sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib və bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir”.

Nazir ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib: “Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər.

Gənclərin əhali strukturunda yüksək payı əmək qabiliyyətli yaşda olanların xüsusi çəkisini artırıb

S.Müslümov qeyd edib ki, əmək bazarı işçi qüvvəsinə olan tələb və təklifi müəyyən edən amillərin təsiri altında formalaşır: “İşçi qüvvəsinin təklifi üzrə amillərə demoqrafik vəziyyət, əhalinin gender-yaş strukturu, əmək qabiliyyəti, məşğul, işsiz əhalinin dinamikası, əmək miqrasiyası, təhsil səviyyəsi və s. aiddir. İşçi qüvvəsinə tələbin müəyyənləşdirilməsinə təsir edən amillərə isə iqtisadi artım dinamikası, fiskal vəziyyət, monetar siyasət, investisiya siyasəti tədbirləri və s. daxildir”. İşçi qüvvəsinə təklifi müəyyənləşdirən amillərdən bəhs edən nazir Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb: “2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olmuşdur. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən hesab edilir. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq 2017-ci ilin 1 yanvar tarixinə 9,8 milyon nəfər təşkil etmişdir. (1 noyabr 2017-ci il tarixə ölkə əhalisinin sayı 9.883,3 min nəfərə çatmışdır). Əhalinin 50,1 faizini qadınlar təşkil edir”.

Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən S.Müslümov qeyd edib ki, bu göstərici qadınlar üzrə kişilərə nisbətən yuxarıdır: “1 yanvar 2017-ci il tarixə əhalinin yaş strukturunda 0 – 14 yaş qrupunun payı 22,6 faiz, 14-29 yaş qrupunun payı 25,0 faiz, 30-64 yaş qrupunun payı 46,1 faiz, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 faiz olmuşdur. Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin (15 yaşdan pensiya yaşına qədər) xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 faizdən 2017-ci ilin əvvəlinə 68,4 faizə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.

Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir

Nazir diqqətə çatdırıb ki, 2005-2016-cı illər ərzində məşğul əhalinin sayı 17,2 faiz artıb. Bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib. Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların üstünlüyü (müvafiq olaraq 75,1 faiz və 71,4 faiz), tikinti və mədənçıxarma sənayesində isə kişilərin üstünlüyü (müvafiq olaraq 88,8 faiz və 83,5 faiz) özünü göstərir. Ölkədə işsizlik səviyyəsi davamlı şəkildə azalaraq 2016-cı ildə 5 faiz təşkil etmişdir.

S.Müslümov işsizlər arasında qadın və gənclərin payının yüksək olmasının əmək bazarında əsas problemlərdən olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizə yönələn xarici işçi qüvvəsinin ildən-ilə artması ilə müşahidə edilir. Dövlət miqrasiya siyasətinin əsas vəzifələrindən biri də daxili əmək bazarının ixtisassız xarici işçi qüvvəsindən qorunması, yerli işçi qüvvəsinin potensialından maksimum istifadə edilməsidir. Bu məqsədlə ölkədə 2010-cu ildən etibarən əmək miqrasiyası kvotası tətbiq olunur.

Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür

S.Müslümov əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən birinin də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlı olduğunu diqqətə çatdırıb: “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi, o cümlədən kişi işçilərin 36,5 faizi, qadın işçilərin isə 38,6 faizi ali təhsillidir. Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır. Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” də ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır”.

2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur

S.Müslümov bildirib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının, emal sənayesinin və turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisi artıb. Ötən illərdə Azərbaycanda məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət müəyyən edib. Bunun da başlıca məqsədi işçi qüvvəsinin yüksək təklifi səviyyəsinin operativ qarşılanması olub. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb: “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda, 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların (1 yaşadək ölən uşaqlar çıxılmaqla) ümumi sayı, 1 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir. Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır.

S.Müslümov bu baxımdan qarşıdakı illərdə ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilmiş hədəf strategiyalara uyğun olaraq adekvat məşğulluq modelinin tətbiqinin xüsusi önəm kəsb etdiyini bildirib.

Dünya təcrübəsində məşğulluq siyasəti modelləri

Nazir dünya təcrübəsində mövcud olan 4 əsas məşğulluq siyasəti modeli - əmək məhsuldarlığının artması şəraitində məşğul əhalinin sayının azalması ilə səciyyəvi olan Avropa modeli, əmək haqqının orta məbləğinə uyğun dövlət sektorunda iş yerlərinin açılması yolu ilə məşğulluğun təmin edilməsini nəzərdə tutan Skandinaviya (İsveç) modeli, iqtisadi fəal əhalinin əhəmiyyətli hissəsi üçün elə də yüksək olmayan məhsuldarlıqlı və ödənişli iş yerlərinin yaradılmasını hədəfləyən Amerika modeli və ömürlük muzdlu iş sistemi və əmək haqqı səviyyəsinin iş stajı, yaş, ailə tərkibindən asılılığı ilə səciyyəvi olan Yapon modeli barədə məlumat verib.

S.Müslümov diqqətə çatdırıb ki, sistemli təhlil apardıqda Azərbaycanda başlıca olaraq Amerika modelinin İsveç modeli ilə kombinə edilmiş variantının tətbiq edildiyi aydın olur. İqtisadiyyatın şaxələndirilməsi prosesinin davam edəcəyi, əsas çağırışlardan birinin əməkqabiliyyətli əhalinin yüksək əmək məhsuldarlıqlı iş yerləri ilə təmin edilməsini şərtləndirdiyi, 1,7 mln. nəfərin, yaxud məşğul əhalinin 36,3 faizinin fəaliyyət göstərdiyi kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə həmin məşğul əhalinin sayınına azalmasının baş verəcəyi və s. amillər nəzərə alınmaqla, növbəti 10 illik inkişaf mərhələsində də Azərbaycanda mövcud məşğulluq modelinin davam etdirilməsi məqsədəuyğun olar. Bu, əsasən urbanizasiya prosesləri ilə yanaşı, kənd təsərrüfatında çalışanların digər sektorlara keçidinin qarşısının alınmasında da vacib rol oynayar: “Həmçinin kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlər reallaşdırılmalı, peşə standartları modelinin tətbiqi işlərinin, məşğulluq orqanlarının peşə hazırlığı sisteminin regional şəbəkəsinin daha da genişləndirilməsi təmin olunmalıdır”.

Konfransda H.Rəcəbli əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar yeni çağırışların bu sahədə aparılan siyasətin daim təkmilləşdirilməsini və peşə təhsili ilə əlaqəli həyata keçirilməsini tələb etdiyini, hazırkı konfransın bununla bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib. Komitə sədri özünüməşğulluq proqramının əhəmiyyətindən bəhs edərək, bu proqramın aztəminatlı ailələrin məşğulluq potensialının reallaşdırılması yolu ilə onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışına imkan yaratdığını bildirib.

V.Qasımlı milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin eyni zamanda əmək bazarında inkişaf meyllərini stimullaşdırmağa yönəldiyini bildirib, iqtisadiyyatın innovativ inkişafının əmək bazarında peşə-ixtisas bacarıqları üzrə işçi qüvvəsinə tələbin də bu istiqamətdə dəyişməsini şərtləndirdiyini diqqətə çatdırıb. O, məşğulluqda əmək tutumlu modelin önəmini də qeyd edib.

Konfrans “Əmək bazarı və iqtisadi inkişaf çağırışları” və U.Ələkbərovun moderatorluğu ilə “İnsan kapitalı: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzularında panel iclasları ilə davam edib. İclaslarda “İqtisadiyyatda struktur islahatları və məşğulluq” və “Özünüməşğulluq: sosial reabilitasiya islahatları” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri), “Əmək bazarı institutları və sahibkarlıq” (N.Kərimov), “Miqrasiya trendləri və onların əmək bazarına təsirləri” (M.Nyuson), “İnsan kapitalının innovativ inkişafda rolu” (N.İmanov), “Ali təhsil islahatlarının insan kapitalının inkişafında rolu” (M.Babayev), “Əmək bazarı və peşə təhsili əlaqələri: İslahatlar və perspektivlər” (F.Mustafayev), “Strateji yol xəritələri: İnsan kapitalının inkişafı” (Mətanət Rəsulova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin HR meneceri) mövzularında təqdimatlar olacaq və müzakirələr aparılacaq.

11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İspaniya La Liqası: "Atletiko" səfərdə heç-heçə edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
İngiltərə Premyer Liqası: "Liverpul" "Mançester Yunayted"i darmadağın edib
Loading Bars
Xəbər lenti
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Yarmarkada ən çox satılan Kəlbəcər balı olub
Masallıda qanunsuz meşə materialı aşkar olunub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan foto paylaşıb (FOTO)
TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub
İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb
AMEA-nın müxbir üzvü vəfat edib
Bakıda prospektdə qumbara tapılıb (FOTO)
Bakıda tuneldə qəza olub, sıxlıq var (FOTO)
Əfsanəvi Feniks quşu Qarabağ Dirçəliş Fondunun loqosunda (FOTO/VİDEO)
Yalnız ÄSTHETIK LAB-da siz innovativ Callegari Soft FX cihazında kompleks dəri diaqnostikasından keçə bilərsiniz
Moskvada Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı dəyirmi masa keçirilib (FOTO)
Həftəsonu 1000-dən çox şəxs toya buraxılmayıb, 65 nəfər cərimələnib (VİDEO)
Azərbaycanda əlverişli investisiya mühiti güclü iqtisadiyyat üçün şərait yaradır - Beynəlxalq Maliyyə Korporasiyası
Bakı Slavyan Universitetinin sabiq şöbə müdirinin məhkəməsi keçirilib
Bank Respublika “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!
ABŞ senatoru Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bəyannamə imzalayıb (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert
Son 9 ayda 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub
Azərbaycana gələn turistlərin sayı artıb
Qubadlıda radio və televiziya yayımı təmin olundu (FOTO)
Azərbaycan elminə ağır itki üz verib
Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib
BANM-in tələbəsi: Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi
İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Şəmkirdə avtoxuliqanlar həbs edilib (FOTO)
Yeddi şadlıq sarayının sahibi cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb (FOTO)
Yarım milyon manatdan çox pul mənimsəyən baş həkim və işçilərinin məhkəməsi başlayır
Lənkəranda 10-dan çox narkotik alverçisi saxlanılıb
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətinin dəyişməsi
Bütün xəbərlər