...

Bakı Ali Neft Məktəbində "Mühəndis Günləri 2017" tədbiri keçirilib ((FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2017 09:42 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”nin təşkilatçılığı ilə “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində "Mühəndis Günləri 2017" tədbiri keçirilib ((FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”nin təşkilatçılığı ilə “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub. Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB-in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.

Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri İlkin Həmidov, T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və Keepface şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.

“Mühəndis Günləri 2017”-də etdiyi maraqlı çıxışlarına görə tədbirin spikerlərinə plaketlər təqdim olunub.

Tədbir boyunca müxtəlif şirkətlərin nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək müxtəlif problemləri müzakirə edib və ortaq həll yolu tapmaqla bağlı fikirlər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti