...

DİM hansı rayonların müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqladı

Cəmiyyət Materials 27 Dekabr 2017 17:33 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi daha çox hansı rayonlar üzrə nəzarətçi-müəllimlərin fəaliyyətinin yüksək qiymətləndirildiyini açıqlayıb.
DİM hansı rayonların müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) daha çox hansı rayonlar üzrə nəzarətçi-müəllimlərin fəaliyyətinin yüksək qiymətləndirildiyini açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.

Respublika üzrə isə ümumilikdə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib və mükafatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti