...

Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək

Cəmiyyət Materials 29 Dekabr 2017 15:05 (UTC +04:00)
Müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.
Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək

Bakı. Trend:

Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, agentlik bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti