...

Səhiyyə Nazirliyi Lənkəranda əkizlərin ölümü ilə bağlı araşdırma aparacaq

Cəmiyyət Materials 9 Yanvar 2018 12:51 (UTC +04:00)
Səhiyyə Nazirliyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində iki əkiz uşağın doğuş zamanı ölməsinə münasibət bildirib.
Səhiyyə Nazirliyi Lənkəranda əkizlərin ölümü ilə bağlı araşdırma aparacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində iki əkiz uşağın doğuş zamanı ölməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar:

"Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur".

S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti