...

62 namizəd vakant dövlət qulluğu üçün özünü sınayacaq

Cəmiyyət Materials 15 Yanvar 2018 12:19 (UTC +04:00)
Dekabr 15-də elan edilmiş ümumi müsahibə üzrə namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan edilib.
62 namizəd vakant dövlət qulluğu üçün özünü sınayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün dekabrın 15-də elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün 62 namizəd müraciət edib.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti