...

Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi

Cəmiyyət Materials 30 Yanvar 2018 09:27 (UTC +04:00)
Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan sürüşmə əraziərində sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.
Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb.

Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib.

Həmin yerlərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb.

:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti