...

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm iqtisadiyyatın aparıcı sahəsinə çevrilib

Cəmiyyət Materials 9 Fevral 2018 12:10 (UTC +04:00)
Bu gün Azərbaycan Turizm Assosiasiyasının (ATU) xüsusi iclası keçirilib.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm iqtisadiyyatın aparıcı sahəsinə çevrilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Turizm Assosiasiyasının (ATU) xüsusi iclası keçirilib. Trend-in məlumatına görə, iclasda çıxış edən ATU sədri Nahid Bağırov bildirib ki, son illərdə ölkəmizdə gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır.

N.Bağırovun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün lazım olan infrastuktur yaradılıb: "Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb".

Daha sonra yaxın gələcəkdə ölkədə yeni turizm növlərinin tətbiq ediləcəyini vurğulayan sədr qeyd edib ki, Bakı-Tbilisi-Qars, Bakı-İran dəmir yolarının açılışı kütləvi turizmin inkişafına təkan verəcək: "Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Azərbaycan Turizm Assosiasiyası respublikada ekskursiya bələdçilərinə təlabatı nəzərə alıb, öz nəzdində Bakı ekskursiya bürosu yaradıb. Eyni zamanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır. Respublikada turizm üzrə Strateji yol xəritəsi təsdiq olunub. Yol xəritəsinə görə Azərbaycan 2020-ci ilə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir. Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanın önəmini xüsusi qeyd etmək lazımdır".

N.Bağırov əlavə edib: "Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm iqtisadiyyatın aparıcı sahəsinə çevrilib. İndiyə kimi turizm sahəsinin inkişafı sahəsində həyata keçirdiyimiz bütün lahiyə və proqramlarda ölkə başçısının birbaşa dəstəyini hiss etmişik və əminəm ki, bundan sonra da belə olacaq. Layiqli prezidentimizi biz də həmişə dəstəkləməyə hazırıq. Azərbaycan turizm sahəsinin hələ də böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması və həyata keçirilməsi dövlət rəhbərliyinin dəstəyi olmadam mümkün deyil. Buna görə də hər birinizi prezident seçkilərində fəal iştirak etməyə çağırırıq".

Xəbər lenti

Xəbər lenti