...

Azərbaycan buğda idxalını azaldıb

Cəmiyyət Materials 17 Fevral 2018 13:40 (UTC +04:00)
2017-ci ildə Azərbaycan 1,2 milyon ton buğda idxal edib.
Azərbaycan buğda idxalını azaldıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ildə Azərbaycan 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib: “Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”.

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq: “Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti