...

Çaylarda çirklənmə vəziyyəti üzrə monitorinqin NƏTİCƏLƏRİ açıqlanıb

Cəmiyyət Materials 18 Fevral 2018 18:22
Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən fevral ayı üzrə növbəti monitorinqin nəzticələri açıqlanıb.
Çaylarda çirklənmə vəziyyəti üzrə monitorinqin NƏTİCƏLƏRİ açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən fevral ayı üzrə növbəti monitorinqin nəzticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Trend-ə verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.31-8 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti